Heyətini əcnəbi futbolçularla gücləndirməyə davam edən “Kəpəz” daha bir keçidi reallaşdırmağa yaxındır.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi bu dəfə Burkina Faso millisinin oyunçusunu heyətinə qatmağa hazırlaşır.
Belə ki, sol cinah müdafiəçisi Adama Fofana Premyer Liqa təmsilçisi ilə anlaşmaq üzrədir.
“Kəpəz” rəhbərliyi hazırda 25 yaşlı arxa xətt oyunçusu ilə danışıq aparır. Tərəflər ortaq məxrəcə gəlsə, Fofana ölkəmizə yollanacaq.
Qeyd edək ki, son olaraq ötən mövsüm Türkiyədə “Adanaspor”un formasını geyinən Adama Fofana hazırda azad agentdir.
Rəşad Rafiqoğlu, Bizim.Media