Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu Lionel Messi ilə danışıqlara başlayıb.
Bizim.Media "L'Equipe"ə istinadən xəbər verir ki, ərəb klubu argentinalı hücumçunun "İnter Mayami" (ABŞ) ilə müqaviləsinin müddəti bitdikdən sonra heyətə cəlb etmək niyyətindədir.
"Əl-Əhli" rəhbərliyi argentinalını bir neçə həftədir ki, razı salmağa çalışır. Tərəflər arasında maliyyə məsələsi ilə bağlı detallar açıqlanmayıb.
Qeyd edək ki, L.Messinin Amerika klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin dekabrına qədərdir.
Bizim.Media