"Qarabağ" aparıcı futbolçulardan birini Avstriyadakı təlim-məşq toplanışına aparmayıb.
Bizim.Media xəbər verir ki, bu, Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayevdir.
29 yaşlı oyunçu əməliyyat sonrası bərpa keçdiyi üçün sözügedən ölkəyə yollanmayıb.
Qeyd edək ki, "Qarabağ" iyulun 7-də ilk yoxlama matçında Ukraynanın "Metallist" kollektivi ilə üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media