Son olaraq "Sumqayıt"ın qapısını qorumuş Rəşad Əzizli "kimyaçılar"ın düşərgəsini tərk edib.
Bizim.Media xəbər verir ki, 31 yaşlı qolkiperə müxtəlif klublardan təkliflər var.
Onu həm Premyer Liqa, həm də Birinci Liqa klubları istəyir. Ölkə xaricinə yollanmaq variantı olduğundan, Əzizli qərar verməkdə tələsmir.
Yüksək liqadan "Karvan", Birinci Liqadan isə "Səbail" onu heyətinə qatmaq istəyir. Hazırda gözləmə mövqeyi tutan qolkiper daha cəlbedici təklifi gözdən keçirəcək.
Yaxın vaxtlarda millimizin də qapısını qorumuş qapıçının karyerasına hansı klubda davam edəcəyi dəqiqləşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media