Təyyarəyə minməsi riskli olduğundan qadağan edilmişdi, avtomobil qəzasında öldü... - FOTO

Xəbər verdiyimiz kimi, “Liverpul”un və Portuqaliya millisinin üzvü Dioqo Jota ötən gün avtomobil qəzasında həlak olub.

Bizim.Media xəbər verir ki, onun düşdüyü qəza ilə bağlı maraqlı faktlar ortaya çıxıb.

Belə ki, portuqaliyalı futbolçunun ağciyərlərində problem olub. Buna görə də həkimlər ona təyyarəyə minməyi qadağan edib. Jota İspaniyada istirahətdən “Liverpul”un hazırlıqlarına qoşulmaq üçün İngiltərəyə qayıtmalı imiş. Həkimlərin bu qadağası isə onu çətin duruma salıb.

Futbolçu məcbur qalıb ki, Liverpula gəmi ilə dönsün. Bunun üçün o, icarəyə “Lamborgihini” götürüb. Avtomobillə Santander bölgəsinə yollanıb ki, oradan gəmi ilə Portsmut şəhərinə keçsin və yenə quru yolla komandasının düşərgəsinə yollansın. 

Getdiyi yolun 65-ci km-də isə qəzaya düşüb.

İcarəyə götürdüyü “Lamborghini”nin hansı vəziyyətdə olduğunu yoxlatdırmaması da problemlərdən biri olub. Mətbuatda yazılana görə, həmin avtomobilin təkərlərində əvvəlcədən problem olub. Jota sürətli yolda ötmə əməliyyatı edərkən təkərlər sıradan çıxıb və avtomobil aşaraq yanıb.

Qəza nəticəsində Jota və qardaşı Andre həyatlarını itirib.

Dioqo Jotanın 2 həftə öncə evlənməsi də bu hadisəni daha təsirli edir. O, iyunun 22-də Rute Kordozo adlı xanımla evlənib. Rute onun məktəb illərindən sevdiyi qız olub. Jota xanımı ilə hələ 15 yaşı olarkən tanış olub. 

Üstündən 13 il keçdikdən sonra 3 övladı olan cütlük özlərinə toy ediblər.

“Liverpul” klubu Dioqo Jotanın xatirəsini əbədiləşdirib. Onun geyindiyi 20 nömrəli formanı bundan sonra komandada heç kəs geyinməyəcək. Bu isə futbolçunun xatirəsinə dərin ehtiramdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabad qəzasında xəsarət alanların kimliyi MƏLUM OLDU

Cəlilabad qəzasında xəsarət alanların kimliyi MƏLUM OLDU

Şəmkirdə göldə batan azyaşlılar tapılaraq aidiyyəti üzrə təhvil verildi

Şəmkirdə göldə batan azyaşlılar tapılaraq aidiyyəti üzrə təhvil verildi

Qarabağ artıq sülhün, quruculuğun və gələcəyin rəmzidir — FOTO/VİDEO

Qarabağ artıq sülhün, quruculuğun və gələcəyin rəmzidir — FOTO/VİDEO

Şahbaz Şərifin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Şahbaz Şərifin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Əməkdar artist şikayətləndi - TƏBİB-dən REAKSİYA

Əməkdar artist şikayətləndi - TƏBİB-dən REAKSİYA

Şahbaz Şərif: “Azərbaycanla investisiyaları strateji sahələrdə inkişaf etdirmək barədə razılığa gəldik”

Şahbaz Şərif: “Azərbaycanla investisiyaları strateji sahələrdə inkişaf etdirmək barədə razılığa gəldik”

Nazirlikdən xanəndəyə TƏBRİK MƏKTUBU - VİDEO

Nazirlikdən xanəndəyə TƏBRİK MƏKTUBU - VİDEO

İrəvan Moskvaya NOTA VERDİ

İrəvan Moskvaya NOTA VERDİ

Fatih Terimin yerinə onu TƏYİN ETDİLƏR

Fatih Terimin yerinə onu TƏYİN ETDİLƏR

Bakıda küləyin sürəti saniyədə 23 metrə çatır – FAKTİKİ HAVA

Bakıda küləyin sürəti saniyədə 23 metrə çatır – FAKTİKİ HAVA

Cəlilabadda YOL QƏZASI: 3 nəfər xəsarət aldı - FOTO

Cəlilabadda YOL QƏZASI: 3 nəfər xəsarət aldı - FOTO

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla - VİDEO

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla - VİDEO

"Yuventus" kanadalı hücumçu TRANSFER ETDİ

"Yuventus" kanadalı hücumçu TRANSFER ETDİ

Gəncədə külək fəsadlar TÖRƏTDİ: Ağac maşının üstünə aşdı - FOTO

Gəncədə külək fəsadlar TÖRƏTDİ: Ağac maşının üstünə aşdı - FOTO

Gövhər Həsənzadədən Elza Seyidcahana sərt REAKSİYA - “Elə o radiolardır evimizi yıxan”

Gövhər Həsənzadədən Elza Seyidcahana sərt REAKSİYA - “Elə o radiolardır evimizi yıxan”

Pezeşkianın Azərbaycana səfəri başa çatdı

Pezeşkianın Azərbaycana səfəri başa çatdı

Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatdı

Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatdı

Şuşada İlham Əliyevin adından rəsmi nahar VERİLDİ - FOTO

Şuşada İlham Əliyevin adından rəsmi nahar VERİLDİ - FOTO

İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR

İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR

"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı

"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı

Bakının bəzi yerlərində TIXAC VAR

Bakının bəzi yerlərində TIXAC VAR

Pezeşkian Şuşaya VALEH OLDU - FOTO/VİDEO

Pezeşkian Şuşaya VALEH OLDU - FOTO/VİDEO

Şəmkirdə boğularaq ölən azyaşlıların kimliyi BİLİNDİ

Şəmkirdə boğularaq ölən azyaşlıların kimliyi BİLİNDİ

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

End of content

No more pages to load

RADİO