Keyta və Andrade “Araz Naxçıvan”a necə GƏLDİ? – Transferlərin DETALLARI

Bu il tarixində ilk dəfə Avrokuboklarda mübarizə aparacaq “Araz Naxçıvan” yay fasiləsindəki transferləri ilə hamını təəccübləndirir. Klub xüsusilə “Qarabağ”dan ayrılan Patrik Andrade və Ağdam klubunun keçmiş üzvü Hamidu Keytanı heyətə qatmaqla diqqət mərkəzinə düşdü. Yetərincə təcrübəli olan bu futbolçuların komandaya güc qatacağı sirr deyil.

Bəs görəsən, bu futbolçuların komandaya gəlişi necə baş tutub?

Bununla bağlı Bizim.Media-ya açıqlama verən futbol funksioneri Ceyhun Sultanov hər iki oyunçunun baş məşqçinin istəyi və özünün vasitəçiliyi ilə komandaya gəldiklərini deyib:

“Əvvəla hər iki oyunçu baş məşqçinin istəyi ilə transfer olunub. Patrik Andradeni əvvəldən tanıyırdım. Özüm əlaqə saxladım. Futbolçunu maraqlandırmaq üçün bir çox vasitələr var. Onlardan istifadə etdim. Qara Qarayevi danışıqlara cəlb etdim. Çünki onun Patriklə yaxşı münasibətləri var. Maliyyə şərtlərini də razılaşdıra bildik.
 

Hamidu Keytaya gəlincə, onu Azərbaycana mən gətirmişəm. Bir agent vasitəsilə o vaxt “Zirə”yə cəlb edə bildik. Keyta ilə yaxşı münasibətimiz var. Qardaşı vasitəsilə əlaqə saxladıq və “Araz Naxçıvan”a keçməyə razılaşdı. Hər iki futbolçu baş məşqçinin israrından sonra transfer olunub və komandaya böyük faydalara dəyəcək”.


Ceyhun Sultanov həmçinin “Araz Naxçıvan”ın Avrokuboklarda mərhələ keçmək şansını da dəyərləndirib:

“Klub rəhbərliyi iddialıdır. Konfrans Liqasında mərhələ keçməyi planlaşdırırlar. Ölkə çempionatında da əsas hədəf yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Məhz bu səbəbdən heyəti gücləndirmək üçün lazım olan maliyyə vəsaitini ayırıblar. Hesab edirəm ki, düzgün yoldadırlar. Əgər nəyəsə nail olmaq istəyirsənsə, yaxşı maliyyə ayırıb, keyfiyyətli futbolçular cəlb etməlisən. “Araz Naxçıvan” düzgün transfer siyasəti aparır və bunun müsbət nəticəsini mütləq görəcəklər”.

Rəşa Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həmin pul Jotanın ailəsinə veriləcək

Həmin pul Jotanın ailəsinə veriləcək

Azərbaycanda növbəti torpaq hərracları ELAN EDİLDİ

Azərbaycanda növbəti torpaq hərracları ELAN EDİLDİ

“Karvan”da yeni baş məşqçi

“Karvan”da yeni baş məşqçi

Zaqatalada baş verən qəzanın ilkin SƏBƏBİ bilindi - FOTO

Zaqatalada baş verən qəzanın ilkin SƏBƏBİ bilindi - FOTO

Şeyxülislam: “İrəvanda məscidlərimizi bərpa edəcəyik”

Şeyxülislam: “İrəvanda məscidlərimizi bərpa edəcəyik”

“Kəpəz” bu futbolçu ilə müqavilə bağladı

“Kəpəz” bu futbolçu ilə müqavilə bağladı

Pensiyaçılarla bağlı vacib AÇIQLAMA

Pensiyaçılarla bağlı vacib AÇIQLAMA

Küçədə çox vaxt keçirən uşaqlar çoxbilmiş olurlar? – Psixoloqdan AÇIQLAMA

Küçədə çox vaxt keçirən uşaqlar çoxbilmiş olurlar? – Psixoloqdan AÇIQLAMA

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Zaqatalada ağır QƏZA: Ölən və yaralılar var

Zaqatalada ağır QƏZA: Ölən və yaralılar var

Ərdoğandan Azərbaycan və Rusiya arasındakı gərginliyə REAKSİYA

Ərdoğandan Azərbaycan və Rusiya arasındakı gərginliyə REAKSİYA

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Bərdədə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Bərdədə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

2025-ci ilin yayında ulduz kimi parlayacaq BÜRCLƏR

2025-ci ilin yayında ulduz kimi parlayacaq BÜRCLƏR

Şəkidə sükan arxasında infarkt keçirən sürücü ilə TƏFƏRRÜAT – FOTO/VİDEO

Şəkidə sükan arxasında infarkt keçirən sürücü ilə TƏFƏRRÜAT – FOTO/VİDEO

Türkiyəyə qar yağıb – VİDEO

Türkiyəyə qar yağıb – VİDEO

Azərbaycanlı müğənni özünə 154 minlik boyunbağı ALDI - FOTO

Azərbaycanlı müğənni özünə 154 minlik boyunbağı ALDI - FOTO

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

WhatsApp istifadəçilərini çaşdıran YENİLİK – Nə baş verir?

WhatsApp istifadəçilərini çaşdıran YENİLİK – Nə baş verir?

Xaçmazda yük avtomobili ilə vurulan 13 yaşlı velosipedçi dünyasını dəyişdi

Xaçmazda yük avtomobili ilə vurulan 13 yaşlı velosipedçi dünyasını dəyişdi

DİQQƏT! Bu ərazilərdə qaz kəsiləcək

DİQQƏT! Bu ərazilərdə qaz kəsiləcək

Sabah yağış yağacaq, külək əsəcək – PROQNOZ

Sabah yağış yağacaq, külək əsəcək – PROQNOZ

Klublararası Dünya Çempionatı: “Çelsi” də yarımfinala çıxdı – VİDEO

Klublararası Dünya Çempionatı: “Çelsi” də yarımfinala çıxdı – VİDEO

End of content

No more pages to load

RADİO