"Qəbələ" klubu heyətinə yeni legioner futbolçu qatır.
Bizim.Media xəbər verir ki, "qırmızı-qaralar" axtardığı oyunçunu Syerra-Leonedə tapıb.
Ötən mövsüm I Liqada çempion olan bölgə təmsilçisi "Mighty Blekpul" klubundan hücumçu Süleyman Kontehi transfer edir.
Afrikalı forvard artıq ötən gün Azərbaycana yola düşüb.
Rəşad Rafiqoğlu, Bizim.Media