Ukraynalı futbolçu Aleksey Kaşukun “Qarabağ”dan ayrılmaq istəməsi ilə bağlı xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, futbolçu daha çox oynamaq istədiyindən ya icarəyə verillməsini, ya da ümumiyyətlə klubu tərk etməyi istəyib.
Ancaq Kaşukun istəyi baş tutmayıb. Belə ki, baş məşqçi Qurban Qurbanov ukraynalı futbolçunun getməsinə qarşı çıxıb. Baş məşqçi növbəti mövsümdə ona ehtiyacı olduğunu söyləyib.
Xatırladaq ki, Aleksey Kaşuk ötən mövsüm Ukraynanın “Şaxtyor” klubundan “Qarabağ”a transfer olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media