Basketbol üzrə Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb.
Bizim.Media xəbər verir ki, İsveçrənin Lozanna şəhərində baş tutan mərasimdə Azərbaycan çempionu “Sabah”ın da rəqibləri bəlli olub.
Püşkə əsasən, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda B qrupda mübarizə aparacaq. "Sabah"ın rəqibləri “Alba” (Almaniya), “Nimburk” (Çexiya) və 3-cü təsnifat qrupunun qalibi olacaq.
Qeyd edək ki, müntəzəm çempionata oktyabrın 7-də start veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media