Basketbol üzrə Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimindən əvvəl səbətlərin tərkibi açıqlanıb.
Bizim.Media xəbər verir ki, 3-cü səbətdə yer alan “Sabah”ın potensial rəqibləri bəlli olub.
Onların arasında daha üç səbətdən olan komandalar da var.
1-ci səbət: AEK (Yunanıstan), “Alba” (Almaniya), “Dreamland” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Joventut” (İspaniya), “La Laguna” (İspaniya), “Ritas” (Litva), “Unicaxa” (İspaniya);
2-ci səbət: “Nymburk” (Çexiya), “Filu” (Belçika), “Hapoel Nathaniel” (İsrail), “İqokea” (Bosniya və Herseqovina), “Promitheas Vikos Kola” (Yunanıstan), “Benfika” (Portuqaliya), “Tofaş” (Türkiyə), “Riqa” (Latviya);
4-cü səbət: “Karditsa” (Yunanıstan), “MLP Akademiks” (Almaniya), “Pallakanestro” (İtaliya), “Spartak Office Shoes” (Serbiya), “Trapani” (İtaliya) və seçmə mərhələlərin üç qalibi.
Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi iyulun 2-də Lozannada (İsveçrə) keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media