“Neftçi”nin gənc qapıçısı Rza Cəfərov böyük ehtimalla komandanı tərk edəcək.
Bizim.Media xəbər verir ki, millimizin də üzvü olan qolkiper Rumıniyanın “Dinamo” Buxarest komandası ilə anlaşıb.
Artıq şəxsi müqaviləsini razılaşdıran Cəfərov yaxın günlərdə rəsmi müqaviləyə qol çəkmək üçün Rumıniyaya yollanacaq.
Qeyd edək ki, “Neftçi” artıq Cəfərovun boşluğunu doldurmaq üçün yeni qapıçı axtarışlarına başlayıb.
“Ağ-qaralar” Türkiyənin “Antalyaspor” klubunun bosniyalı qapıçısı Kenan Piriçlə danışıqlara başlayb. “Neftçi” həmçinin bir neçə gün öncə ikinci qapıçı Emil Balayevlə müqavilənin müddətini uzadıb.
Rəşad Rafiqoğlu, Bizim.Media