"Gəncə" voleybol komandasının yeni baş məşqçisi məlum olub.
Bizim.Media xəbər verir ki, bu vəzifəyə braziliyalı Rafael Petri gətirilib.
Onunla birillik müqavilə imzalanıb.
Qeyd edək ki, 44 yaşlı çalışdırıcı 23 illik təcrübəyə malikdir. O, 2023/2024-cü il mövsümündə Peru təmsilçisi “Alianza Lima” klubunu ölkə çempionu edib.
Bu, klubun 31 ildən sonra qazandığı ilk çempionluq olub. Rafael Petri karyerası ərzində Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiyada müxtəlif klublara başçılıq edib.
O, Kolumbiyanın U-17, U-18 və U-20 milli komandalarına da rəhbərlik edib. 2020–2022-ci illərdə isə Meksika milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.
Bizim.Media