Premyer Liqanın debütantı olan “İmişli” klubu ilk əcnəbi transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi braziliyalı müdafiəçi Ronaldo Rodrigesi heyətinə qatıb.
25 yaşlı braziliyalı mərkəz müdafiəçisinin son klubu İndoneziyanın “Borneo” komandası olub. Onun 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “İmişli” daha öncə 6 futbolçu ilə yollarını ayırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media