Ötən il yeni sponsoruna qovuşan “Mingəçevir” klubunun bu il daha iddialı olacağı gözlənilir. Məhz bu səbəbdən də komandanın heyətində ciddi islahatlar aparılıb, baş məşqçi postuna isə təcrübəli Füzuli Məmmədov gətirilib.
Lakin bu mövsüm komandadan yeni transferlər gözlənilsə də, hələ ki, bölgə təmsilçisində durğunluqdur.
Hətta baş məşqçi Füzuli Məmmədovun istefaya gedəcəyi ilə bağlı xəbərlər dolaşır.
Məsələ ilə bağlı baş məşqçinin özü ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında işinin başında olduğunu deyib:
“İstefaya getməyimlə bağlı yayılan xəbərlər doğru deyil. Mən hal-hazırda işimin başımdayam və klubla müqaviləm var. Rəhbərlikdən də mənə heç bir şey deyilməyib. Yeni mövsümün planlarını təqdim etmişəm və yaxın günlərdə hazırlıqlara başlayacağıq. Növbəti mövsümdə daha güclü və iddialı “Mingəçevir” görəcəksiniz”.
Rəşad Rafiqoğlu, Bizim.Media