"Qarabağ"ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu Gürcüstan "Dila"sında çıxış edən Abubakar Konte ilə maraqlanır.
24 yaşlı sol cinah yarımmüdafiəçisi Ağdam təmsilçisinin diqqət mərkəzindədir. Məhz bu səbəbdən "köhlən atlar" Malidən olan oyunçu üçün qarşı tərəfə təklif göndərib.
Qeyd edək ki, Abubakar Konte 2024-cü ildən Gürcüstan təmsilçisində çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media