“Sabah” yeni baş məşqçisi Valdas Dambrauskasın rəhbərliyi ilə ilk oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan kubokunun qalibi Rumıniya çempionatını 6-cı pillədə başa vurmuş “Rapid” ilə yoxlama oyununda iki dəfə hesabda geri düşsə də, məğlubiyyətdən xilas ola bilib. "Sabah"ın heyətində 34-cü dəqiqədə Coy-Lens Mikels və 72-ci dəqiqədə Xəyal Əliyev fərqləniblər. Matç Avstriyadakı məşq toplanışı çərçivəsində baş tutub.
Yoxlama oyunu
29 iyun
19:30. “Sabah” (Azərbaycan) – “Rapid” (Rumıniya) 2:2
Qollar: Koljic, 15. Hazrollaj, 61 - Mikels, 34. Əliyev, 72.
Qeyd edək ki, “Sabah” 2-ci yoxlama matçını iyulun 3-də Macarıstanın “Paksi” klubuna qarşı keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media