"Qarabağ" Xorvatiyanın "Dinamo" klubunda çıxış edən futbolçu Samy Mmaee üçün danışıqları davam etdirir.
Bizim.Media xəbər verir ki, müdafiəçinin Ağdam təmsilçisinə keçidi yaxın günlərdə rəsmiləşə bilər.
"Köhlən atlar"ın 28 yaşlı mərakeşli oyunçu üçün "Dinamo"ya yarım milyondan az transfer haqqı ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, Samy Mmaee 2024-cü ildən Xorvatiya klubunda çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media