“Şamaxı” isveçrəli forvardla müqavilə imzalamağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi yeni legionerlə anlaşıb.
Söhbət isveçrəli forvard Kerim Rossidən gedir. 31 yaşlı hücumçunun son klubu İsveçrənin ikinci liqasında yer alan “Şaffhauzen” olub.
Onun hazırkı klubu ilə müqaviləsi sabah başa çatacaq. O, “Hall Siti”, “Zulte Varegem”, “Spetsiya”, “Luqano”, “Kambur”, “Telstar”, “Kyasso”, “Eskistuna”, “Tsarsko Selo”, “Karmiotissa”, “Persis Solo” komandalarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media