28-29 iyun tarixlərində Avstriyanın paytaxtı Vyanada akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq Vyana Reqatası keçirilib.
Bizim.Media xəbər verir ki, sayca 121-ci dəfədir təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri uğurlu nəticə əldə edib.
Komandamız beynəlxalq yarışda gümüş medal qazanıb.
Yeniyetmələr arasında Azər İlyasov-Cahangir Məmmədli cütü iki nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.
Bizim.Media