Londonun "Çelsi" klubu ABŞ-da keçirilən klublarası dünya çempionatının 1/8 final matçında "Benfika" ilə qarşılaşıb.
Bizim.Media xəbər verir ki, Şarlott şəhərində keçirilmiş görüş "Çelsi"nin əlavə vaxtda 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. "Çelsi" əlavə edilmiş vaxtda qələbəni təmin edib.
"Zadəganlar"ın qollarının müəllifləri Ceyms (64-cü dəqiqə), Nkunku (108), Netu (115), Dyusberi-Holl (117) olublar.
Portuqaliyalılarn yeganə qolunu Di Mariya vurub (90+5).
"Çelsi" 1/4 final mərhələsində Braziliya təmsilçisi "Palmeyras" ilə qarşılaşacaq.
Bizim.Media