“İran yaxın vaxtlara qədər ABŞ-ın Tehranın nüvə obyektlərinə zərbələr endirməsindən xəbərsiz idi”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.
O qeyd edib ki, ABŞ qoşunlarının Fordodakı nüvə obyektinə hücum edəcəyini heç kim təsəvvür edə bilməzdi: “çünki hamı onun keçilməz olduğunu deyirdi".
Tramp İranın zənginləşdirilmiş uranı ABŞ-ın zərbələrindən əvvəl çıxarması ilə bağlı məlumatlara isə belə cavab verib: “Bu, çox təhlükəlidir. Məncə, onlar bunu etməyiblər. Xeyr, ilk növbədə bunu etmək çox çətindir”.
Bizim.Media