“Sabah” Vinsent Till ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Till 2023-cü ildən etibarən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 35 oyuna çıxaraq 3 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media