Yeqor Xvalkonun klubla müqaviləsi başa çatıb və futbolçu "Kəpəz"i tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belaruslu müdafiəçi son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb. 28 yaşlı oyunçu komandanın heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. Yeqor son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub.
Rəşad Rafiqoğlu, Bizim.Media