Vinisius Juniorla "Real" arasında yeni müqavilə ilə bağlı danışıqlar dalana dirənib.
Bizim.Media xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ildə ən azı 30 milyon avro qazanmaq arzusundadır.
Amma Vininin tələbləri Madrid klubunun rəhbərliyini qane etməyib. Hazırda futbolçu "Real"da illik 20,8 milyon avro qazanır. Juniora Səudiyyə Ərəbistanından da təklif var.
Qeyd edək ki, onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Vinisius son mövsümdə 55 oyunda 22 qol və 19 ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media