"Fənərbağça"nın müdafiəçisi Brayt Osayi-Samuel komandadan ayrılır.
Bizim.Media xəbər verir ki, Türkiyə mətbuatında yer alan məlumata görə, 27 yaşlı futbolçu "Beşiktaş"la razılığa gəlib.
O, klubla 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Samuel bu mövsüm "Fənərbağça"nın heyətində çıxdığı 39 matçda 2 asistlə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media