Azərbaycan basketbolu tarixində ilk dəfə ölkəmizi FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək “Sabah” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, Bakı təmsilçisi Kamran Məmmədovla danışıqları müsbət yekunlaşdırıb.
2022/2023 mövsümdə “Sabah”la Azərbaycan Basketbol Liqasının qalibi olan Azərbaycan millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Məmmədov ötən mövsümü “Neftçi”də oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media