Rumıniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub.
Bizim.Media xəbər verir ki, final matçında İspaniya və Niderland yığmaları üz-üzə gəlib.
Görüşün taleyini avtoqol həll edib. İspaniya millisinin qapıçısı Raul Ximenez matçın 63-cü dəqiqəsində topu öz qapısına göndərib.
Yekunda 1:0 hesablı qələbə qazanan Niderland U-19 millisi Avropa çempionu olub.
Rəşa Rafiqoğlu, Bizim.Media