Üç cüdoçumuz Avropa çempionu olub

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, ilk yarış günündə 6 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxıb.
 

50 kq çəki dərəcəsində yarışan Anar Quliyev fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, finalda almaniyalı Yulius Kitanqavaya ipponla qalib gəlib.


Avropa çempionatında Rəsul Əlizadə (55 kq) uğurlu nəticə ilə yadda qalıb. O, finalda Matteo Qualandini məğlub edərək milli komandamızın aktivinə növbəti qızıl medalı yazdırıb.
60 kq çəki dərəcəsində çıxış edən Zeyd Ələsgərov də Avropa çempionatında maksimum nəticəyə imza atıb. O, həlledici görüşdə Gürcüstan təmsilçisi Tsotne İçkitidzeyə tam üstünlüklə qalib gələrək, turnirin çempionu adını qazanıb.

Qızların yarışında isə Gülşən Hüseynova (44 kq) fərqlənib. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Fatma Zehra Mekiyə (Türkiyə) qalib gələrək bürünc medala yiyələnib.

Nərmin Ağamirzəzadə (48 kq) finala kimi bütün rəqiblərinə qalib gəlib. O, həlledici görüşdə Barbara Tvarovskaya (Polşa) uduzaraq, gümüşlə kifayətlənib.

Nərminlə eyni çəkidə yarışan Leyla Ələkbərova isə bürünc şansını qaçırmayıb. Təmsilçimiz gürcü Salome Merkviladzeyə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.

Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

Külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

“Neftçi” onunla yeni müqavilə imzaladı

“Neftçi” onunla yeni müqavilə imzaladı

MİQ imtahanlarının tarixi, yeri və saatı AÇIQLANDI

MİQ imtahanlarının tarixi, yeri və saatı AÇIQLANDI

Makron Aİ sammitinə gecikib

Makron Aİ sammitinə gecikib

Daha bir futbolçu “Sabah”a tərk etdi

Daha bir futbolçu “Sabah”a tərk etdi

Belarusda Putin üçün eksklüziv hədiyyə hazırlanıb

Belarusda Putin üçün eksklüziv hədiyyə hazırlanıb

Bu şəxslər yumurta YEMƏMƏLİDİR

Bu şəxslər yumurta YEMƏMƏLİDİR

Mədəniyyət Nazirliyi: “Partlayış kinostudiyanın istifadə olunmayan anbarında baş verib”

Mədəniyyət Nazirliyi: “Partlayış kinostudiyanın istifadə olunmayan anbarında baş verib”

Partlayış baş verən yerdən FOTOLAR

Partlayış baş verən yerdən FOTOLAR

Hacı Əliyevə vəzifə verildi

Hacı Əliyevə vəzifə verildi

Partlayışda xəsarət alanlarla bağlı RƏSMİ AÇIQLAMA

Partlayışda xəsarət alanlarla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda baş verən güclü yanğın SÖNDÜRÜLÜB

Bakıda baş verən güclü yanğın SÖNDÜRÜLÜB

Partlayışla əlaqədar əraziyə 5 təcili tibbi yardım briqadası cəlb edilib

Partlayışla əlaqədar əraziyə 5 təcili tibbi yardım briqadası cəlb edilib

Partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib - FHN

Partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib - FHN

Nazirlikdən AÇIQLAMA - “Alov” zavodunda partlayış baş verməyib

Nazirlikdən AÇIQLAMA - “Alov” zavodunda partlayış baş verməyib

İran XİN: Tehran hələlik ABŞ-la danışıqların davam etdirilməsinə razılıq verməyib

İran XİN: Tehran hələlik ABŞ-la danışıqların davam etdirilməsinə razılıq verməyib

Qubada ATƏŞFƏŞANLIQ – VİDEO

Qubada ATƏŞFƏŞANLIQ – VİDEO

“Rusiya-Ukrayna münaqişəsi 2028-ci ildə başa çata bilər”- Litva prezidenti

“Rusiya-Ukrayna münaqişəsi 2028-ci ildə başa çata bilər”- Litva prezidenti

Üç cüdoçumuz Avropa çempionu olub

Üç cüdoçumuz Avropa çempionu olub

Bakıda güclü PARTLAYIŞ baş verib - VİDEO

Bakıda güclü PARTLAYIŞ baş verib - VİDEO

60-dan çox əcnəbi İrandan Azərbaycana təxliyə olunub

60-dan çox əcnəbi İrandan Azərbaycana təxliyə olunub

Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO

Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO

DİQQƏT – Limon hər zaman faydalı DEYİL

DİQQƏT – Limon hər zaman faydalı DEYİL

“Neftçi” paraqvaylı yarımmüdafiəçi transfer etdi

“Neftçi” paraqvaylı yarımmüdafiəçi transfer etdi

End of content

No more pages to load

RADİO