"Qalatasaray"dan ayrılan Fernando Musleranın yeni klubu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, 39 yaşlı qolkiper "Estudiantes"ə keçib. Bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.
Uruqvaylı qolkiper ilə 2026-cı ilin dekabr ayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Muslera 2011-ci ildən "Qalatasaray"ın formasını geyinirdi.
Bizim.Media