Yeni mövsümə hazırlığını davam etdirən “Sabah” növbəti transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, Masazır təmsilçisi müdafiəçi Stiv Solveti heyətinə qatıb.
Əslən Qvadelupedən olan futbolçu ilə 2 illik müqavilə imzalanıb. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Stiv Solvetin son klubu Fransanın 2-ci liqasında çıxış edən “Martiq” komandası olub.
Qeyd edək ki, daha öncə “Sabah” əlcəzairli futbolçu Akim Zedadkunu transfer edib.
Bizim.Media