ABŞ-ın “İnter Mayami” və Braziliyanın “Palmeyras” klubları FIFA Klublararası Dünya Çempionatının pley-off mərhələsinin növbəti iştirakçıları olub.
Bizim.Media xəbər verir ki, qrup mərhələsinin üçüncü turunda komandalar üz-üzə gəlib. Oyun 2:2 hesabı ilə başa çatıb. 80-ci dəqiqəyə qədər “Palmeyras” rəqibinə iki top fərqi ilə uduzurdu.
“Palmeiras” və “İnter Mayami”nin hərəyə 5 xalı var, Braziliya klubu daha yaxşı top fərqi sayəsində A qrupunu qazanıb. Sonrakı yerdə qrup mərhələsinin son turunda 4:4 hesabı ilə qarşılaşan Portuqaliyanın "Portu" və Misirin "Əl Əhli" komandaları qərarlaşıb.
1/8 finalda "İnter Mayami" Çempionlar Liqasının hazırkı qalibi, əvvəllər amerikalı komandanın kapitanı Lionel Messinin çıxış etdiyi “Paris Saint-Germain” komandası ilə qarşılaşacaq. "Palmeyras" Libertadores kubokunun qalibi braziliyalı "Botafoqo" ilə qarşılaşacaq.
Bundan əvvəl Almaniyanın “Bavariya”, Braziliyanın “Flamenqo”, İngiltərənin “Mançester Siti” və İtaliyanın “Yuventus” klubları 1/8 finala vəsiqəni təmin etmişdi. Pley-off mərhələsinin ilk oyunları iyunun 28-dən iyulun 1-dək keçiriləcək.
Klublararası dünya çempionatı ilk dəfədir ki, yeni formatda keçirilir və turnirdə 32 komanda səkkiz qrupa bölünərək iştirak edir. Hər qrupda iki ən yaxşı komanda 1/8 finala yüksəlir. Final qarşılaşması iyulun 13-də keçiriləcək.
<iframe width="853" height="480" src="//www.youtube.com/embed/R3-04hRwi50" title="Resumo | Inter Miami 2-2 Palmeiras | FIFA Mundial de Clubes" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
Bizim.Media