“Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingem Klublararası dünya çempionatı başa çatdıqdan sonra əməliyyat olunacağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, 2023-cü ildən çiynindəki ağrılardan əziyyət çəkdiyini bildirib.
O, artıq qoruyucu geyimdən istifadə etməyin mümkün olmadığını deyib.
Qeyd edək ki, Bellingem 2023-cü ildən "Real"da çıxış edir. 21 yaşlı futbolçu ötən mövsüm Madrid klubunda 54 oyuna 15 qol vurub, 14 qol ötürməsi edib.
Bizim.Media