"Liverpul"un mərkəz müdafiəçisi Jarrell Kvanza karyerasını "Bayer"də davam etdirəək.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Əczaçılar" 22 yaşlı futbolçu üçün "qırmızılar"a 30 milyon avro+5 milyon avro bonus ödəyəcəklər.
Futbolçunun yeni klubu ilə müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulacaq.
Qeyd olunur ki, "Liverpul" müdafiəçini geri almaq hüququna sahib olacaq.
2024/25 mövsümündə Jarrell Kvanza "Liverpul"un heyətində 25 oyun keçirib, qol vurmayıb.
Bizim.Media