Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun gələcəyi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Ronaldo klub karyerasını yaxın vaxtlarda bitirməyi planlaşdırmır 40 yaşlı hücumçunun yaxında Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləni uzadacağı bildirilib. O, 2026-ci ilin yayına qədər "Əl-Nəsr"in formasını geyinəcək.
Ronaldonun hazırkı müqaviləsi isə bu yaya qədər idi.
Forvard 2023-cü ilin yanvarında “Əl-Nasr”a keçib və o vaxtdan komandanın əsas ulduzuna çevrilib. 105 matçda o, 93 qol vurub və 19 məhsuldar ötürmə verib - 40-da belə portuqaliyalının ən yüksək səviyyədə qaldığını vurğulayan statistika.
Cari mövsüm Kriştiano aktivində 41 oyunda, 35 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizim.Media