“Liverpul” “Bornmut”un futbolçusu Miloş Kerkezin transferini sabah tamalayacaq.
Bizim.Media xəbər verir ki, 21 yaşlı cinah müdafiəçisi artıq tibi müayinə və müqavilə üçü Liverpula yollanıb.
Mersisayd klubu ingiltərəli futbolçu 40 milyon funt sterlinq (€46,8 milyon) ödəyəcək. Tərəflərin 4 illik müqailə imzalayacağı bildirilir.
Qeyd edək ki, Miloş Kerkezin "Bornmut"la müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, başa çatan mövsümdə komandasının heyətində 41 oyuna çıxaraq 2 qol vurub və 6 qolun ötürməsini edib.
Bizim.Media