Bir illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan “Qəbələ” heyətini gücləndirmək istəyir.
Bizim.Media xəbər verir ki, bölgə klubu hazırda bir çox futbolçularla danışıq aparır.
Onlardan biri də müdafiəçi İsaak Amoadır. Mərkəz müdafiəçisi mövqeyində oynayan futbolçunun son klubu İspaniyanın aşağı divizion təmsilçisi “Atletiko Sanlukenyo” olub.
Tərəflər arasında ilkin razılıq əldə olunub və yaxın günlərdə bu transferin rəsmiləşəcəyi gözlənilir.
Bizim.Media