“Zirə”nin legioneri Salifu Summa daha bir klubun maraq dairəsinə düşüb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, qvineyalını “Konyaspor” transfer etməyi planlaşdırır.
Superliqa təmsilçisinin rəsmilərinin “Zirə” ilə danışığa start verdiyi də iddia olunur.
Qeyd edək ki, Summanın “Zirə” ilə müqavilə müddəti 2026/2027 mövsümünün sonuna qədərdir.
Bizim.Media