“Kəpəz”in baş məşqçisi: “Bəzi oyunçularla danışıqlar aparırıq”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov komandanın son durumu və yay hazırlıq planı ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, hazırda bəzi oyunçularla danışıqlar apardıqlarını söyləyib.

"Komandada olan bəzi oyunçularla danışıqlarımız davam edir. Hansısa irəliləyiş olsa, “Kəpəz” azarkeşlərinə məlumat verəcək. Bu arada, kollektivə yeni futbolçular da cəlb etməyə səy göstəririk. Çalışırıq transfer məsələsində yanılmayaq. Amma biz futbolçuların əvvəlki komandalarda oyunlarını izləyirik. Heyətə cəlb etmək istədiyimiz oyunçular var. Yekun qərar qəbul etdiyimiz futbolçular barəsində ictimaiyyətə açıqlama veriləcək”.

Baş məşqçi qərb təmsilçisinin hazırlıq planı barəsində də danışıb: “İyunun 30-da komanda Gəncədə hazırlığa start verəcək. Bilirsiz ki, klubun Məşq Mərkəzində ideal şərait var.

Meydançaların, bazanın vəziyyəti orada məşq keçməyimiz üçün çox uyğundur. Fitnes zalı lazımı avadanlıqlarla təhciz olunub. Futbolçunun hərtərəfli hazırlaşması üçün müvafiq imkanlar var.

10 günlük ilk hazırlıq mərhələsini ikitərəfli oyunla başa vuracağıq. Bir gün fasilə edib hazırlığın ikinci mərhələsinə start veriləcək. Bu mərhələdə beş yoldaşlıq oyunu planlaşdırırıq. Təlim-məşq toplanışı ölkə daxilində olacaq”.

Şükürov “sarı-göylər”in 5 yoxlama matçında qüvvəsini sınayacağını deyib: “Hazırlıq dövründə 5 yoxlama oyunu keçirəcəyik ki, bu matçların vaxtı məlumdur. 16, 21, 26, 31 iyul və 5 avqustda meydana çıxacağıq. Yoldaşlıq görüşləri oynayacağımız komandalar barəsində məlumat qarşıdakı günlərdə veriləcək”.

Şükürov, artıq məşqçilər korpusunda yer alacaq mütəxəssislərin dəqiqləşdiyini vurğulayıb:

“Məşqçilər korpusu müəyyənləşib. Köməkçi məşqçilər İlyas Qurbanov, Zaur Əsədov, analitik məşqçi Elmir Hüseynov olacaq. Qapıçılar ilə Vüqar Məmmədov işləyəcək. Fiziki hazırlıq üzrə məşqçi yəqin ki, ölkə xaricindən dəvət ediləcək”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əraqçi ABŞ və İsrailin hücumlarını Putinlə müzakirə edəcək

Əraqçi ABŞ və İsrailin hücumlarını Putinlə müzakirə edəcək

Prezidentin nəvələri Rafael Fiziyev ilə görüşdü - FOTO

Prezidentin nəvələri Rafael Fiziyev ilə görüşdü - FOTO

İran Prezidenti yaralılara baş çəkdi - VİDEO

İran Prezidenti yaralılara baş çəkdi - VİDEO

Klublararası Dünya Çempionatı: "Yuventus" ikinci qələbəsini qazandı - VİDEO

Klublararası Dünya Çempionatı: "Yuventus" ikinci qələbəsini qazandı - VİDEO

Sahib Alıyevə AĞIR İTKİ

Sahib Alıyevə AĞIR İTKİ

ABŞ nüvə bombasını Tehranın əlindən aldı - Tramp

ABŞ nüvə bombasını Tehranın əlindən aldı - Tramp

İsrail qırıcıları Tehrana aviazərbələr endirdi - VİDEO

İsrail qırıcıları Tehrana aviazərbələr endirdi - VİDEO

Dondurma alarkən bunlara mütləq diqqət edin – Şirin təhlükə

Dondurma alarkən bunlara mütləq diqqət edin – Şirin təhlükə

Faciəvi şəkildə ölən məktəblinin FOTOSU

Faciəvi şəkildə ölən məktəblinin FOTOSU

Diplomatların Qarabağ səfərinin icmalı - VİDEO

Diplomatların Qarabağ səfərinin icmalı - VİDEO

İki qadının öldüyü maşından o sağ çıxarıldı - VİDEO

İki qadının öldüyü maşından o sağ çıxarıldı - VİDEO

Pezeşkian Makronla telefon danışığında ABŞ-dan şikayət etdi

Pezeşkian Makronla telefon danışığında ABŞ-dan şikayət etdi

İdmançılarımız Serbiyada qızıl və bürünc medal qazandılar - FOTO

İdmançılarımız Serbiyada qızıl və bürünc medal qazandılar - FOTO

Quba qəzasında sürücünün arvadı və baldızı HƏLAK OLDU

Quba qəzasında sürücünün arvadı və baldızı HƏLAK OLDU

ABŞ-dan Hörmüz boğazı ilə bağlı İrana xəbərdarlıq...

ABŞ-dan Hörmüz boğazı ilə bağlı İrana xəbərdarlıq...

Ebru Gündeş qızı və həyat yoldaşı ilə… — FOTO

Ebru Gündeş qızı və həyat yoldaşı ilə… — FOTO

Tehranda aksiya: Pezeşkian da qatıldı -FOTO/VİDEO

Tehranda aksiya: Pezeşkian da qatıldı -FOTO/VİDEO

“Toppuş bacı”nın əri onun heç yerdə olmayan VİDEOsunu paylaşdı

“Toppuş bacı”nın əri onun heç yerdə olmayan VİDEOsunu paylaşdı

ABŞ Türkiyədəki vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ Türkiyədəki vətəndaşlarına xəbərdarlıq etdi

Türkiyənin vitse-prezidenti: ABŞ-ın münaqişəyə qoşulması prosesləri narahatlıq səviyyəsinə çıxarıb

Türkiyənin vitse-prezidenti: ABŞ-ın münaqişəyə qoşulması prosesləri narahatlıq səviyyəsinə çıxarıb

Xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi davam edir - FOTO

Xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi davam edir - FOTO

“Məcnun” olub çöllərə DÜŞƏNLƏR – Sevgi orqanizmə necə TƏSİR edir?

“Məcnun” olub çöllərə DÜŞƏNLƏR – Sevgi orqanizmə necə TƏSİR edir?

İƏT XİN rəhbərləri Yaxın Şərqlə bağlı birgə bəyanat yaydılar

İƏT XİN rəhbərləri Yaxın Şərqlə bağlı birgə bəyanat yaydılar

Ukrayna İsraildən 176 şəxs təxliyə etdi - Azərbaycanlılar da var

Ukrayna İsraildən 176 şəxs təxliyə etdi - Azərbaycanlılar da var

End of content

No more pages to load

RADİO