Yeni mövsüm üçün daha iddialı heyət formalaşdırmaq istəyən “Kəpəz” transfer çalışmalarını davam etdirir.
Bizim.Media xəbər verir ki, gəncəlilərin danışıq apardığı futbolçulardan biri də Olavale Onanuqadır.
O, vaxtilə “Kəpəz”in şərəfini qoruyub. Hazırda nigeriyalı yarımmüdafiəçi İsrailin “Bney Yehuda” klubunda çıxış edir. “Kəpəz” futbolçunu qaytarmaq üçün adıçəkilən klubla danışıqları davam etdirir.
Rəşad Rafiqoğlu, Bizim.Media