"İnter" klublararası dünya çempionatında ilk qələbəsini qazanıb.
Bizim.Media xəbər verir ki, İtaliya təmsilçisi ikinci turda "Urava Reds"lə qarşılaşıb.
Oyun yaponlar üçün yaxşı başlayıb. Erkən qol buraxan "İnter" son yaxın vəziyyəti öz xeyrinə dəyişə bilib. Lautaro Martines 78-ci, Valentin Karboni isə 90+2-ci dəqiqədə fərqləniblər. İtaliyalılar 2:1 hesabı ilə çətin qələbə əldə ediblər.
E qrupu
2-ci tur
21 iyun
23:00. "İnter" - "Urava Reds" - 2:1
Rəşad Rafiqoğlu, Bizim.Media