Bakıda keçirilən UFC döyüş gecəsi davam edir.
Bizim.Media xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan turnirin ikinci görüşü super yüngül çəkidə çıxış edən rusiyalı Taqir Ulanbekov ilə qazaxıstanlı Maksum Azat arasında olub.
Üç raundun sonunda rusiyalı idmançı qələbəyə sevinən tərəf olub.
Ulanbekov jurnalistlərə açıqlamasında döyüş vaxtı hər şeyin onun tərəfində olduğunu bildirib: “Layiqli qələbə qazandığımı düşünürəm. Bütün döyüş vaxtı irəli atılırdım”.
İdmançı bildirib ki, döyüş zamanı Həbib Nurməhəmmədov ona irəli atılmağın lazım olduğunu söyləyib: “Həbib həmişə mənə deyir ki, çəkinmə, həmişə irəli atıl. Mən döyüşdən sonra rəqibə dedim ki, təəssüflənməsin. Bu gün mən qalib gəldim, növbəti döyüş onun qələbəsi ilə başa çata bilər”.
Bizim.Media