“Gəncə” voleybol klubu yeni mövsüm üçün heyətin formalaşdırılmasına start verib.
Bizim.Media xəbər verir ki, komanda Nərminə Musayeva ilə bir mövsümlük müqavilə imzalayıb.
Ötən mövsüm də “Gəncə”də forma geyinən voleybolçu Azərbaycan kuboku yarışlarının gümüş medalına sahib olub.
Rəşad Rafiqoğlu, Bizim.Media