"Mançester Siti" İlkay Gündoğanın "Qalatasaray"a keçməsinə icazə verməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Belə ki, İstanbul təmsilçisi Gündoğanın qış transfer pəncərəsində əlçatan olub-olmadığını öyrənmişdi, lakin "şəhərlilər" onun mövsümün ortasında ayrılmasını istəmirdi.
Hazırda "Qalatasaray" transfer imkanını nəzərdən keçirir və Mançester təmilçisi futbolçunun keçidinə açıqdır.
Qeyd edək ki, Gündoğanın Mançester klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər uzadılıb. Lakin ona azad agent kimi ayrılmağa icazə verilə bilər.
Rəşad Rafiqoğlu, Bizim.Media