Klublararası dünya çempionatında D qrupunun mərkəzi görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, "Flamenqo" ilə "Çelsi" üz-üzə gəlib.
Görüşə avropalılar yaxşı başlayıblar. Pedro Neto müdafiəçiilərin səhvindən istifadə edərək, turnirdə ikinci qolunu vurub. Fasilədən sonra "Flamenqo" daha yaxşı oynayıb. Ardıcıl 3 dəfə fərqlənən Braziliya təmsilçisi maksimum nəticə ilə qrup liderliyinə yüksəlib.
Qrupun digər matçında ilk turun məğlubları qarşılaşacaqlar.
D qrupu
2-ci tur
20 iyun
22:00. "Flamenqo" - "Çelsi" - 3:1.
Bizim.Media