"Spetsiya"nın futbolçusu Salvatore Esposito karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Bizim.Media xəbər verir ki, "Beşiktaş" italiyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul klubu Esposito üçün "Spetsiya" ilə danışıqlara başlayıb. "Beşiktaş" 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün onun klubunun tələb etdiyi 6 milyon avro və əlavə bonusları ödəməyə hazırdır.
Qeyd edək ki, "Spetsiya" Salvatore Espositonu 2023-cü ilin yanvar ayında SPAL-dan transfer edib. İtaliiya millisinin üzvü ötən mövsüm B Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media