Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışı keçirilir.
Bizim.Media xəbər verir ki, 16 ölkənin qatıldığı mundialda Azərbaycan millisi artıq çıxışını yekunlaşdırıb.
Komandamız 1/8 finalda Almaniya ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Yığmamızın heyətində Zelim Kotsoyev (+90 kq) qalib gəldiyi halda, Elcan Hacıyev (90 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (70 kq) və Nigar Süleymanova (+70 kq) məğlub olublar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizədə 3 bürünc medal qazanıblar. Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Yığmamız isə komanda hesabında 14-cü olub.
Rəşad Rafiqoğlu, Bizim.Media