Bu mövsümdən yeni sponsor tapan “Kəpəz”də ciddi islahatlar olacaq.
Bizim.Media xəbər verir ki, yeni rəhbərlik hazırkı heyətdən razı deyil və futbolçuların bir çoxu komandadan göndəriləcək.
Xüsusilə legionerlərin demək olar ki, hamısı ilə komanda vidalaşmağı düşünür. Onların əvəzinə yeni və daha səviyyəli oyunçuların gətirilməsi planlaşdırılır. Yerli futbolçulardan da yenə 2-3 nəfərin komandanı tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, “Kəpəz” yeni mövsümdə ilk növbədə Premyer Liqada yerini möhkəmləndirmək üçün mübarizə aparacaq.
Bizim.Media