"Araz-Naxçıvan" növbəti transferi reallaşdırıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Bruno Franko ilə müqavilə imzalayıb.
Braziliyalı sol cinah müdafiəçisi qarşıdakı mövsümü Azərbaycan klubunda keçirəcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm “Lokomotiv”də (Sofiya) oynayıb. O, karyerası ərzində "Spartak" (Pleven), "Matonense”, “Rio Branko”, “Batatais”, “Mogi Mirim”(hamısı Braziliya) klublarında oynayıb.
Bizim.Media