Futbol üzrə milli komandamızın üzvü Renat Dadaşov yeni mövsümə başqa klubda başlaya bilər.
Bizim.Media Polşa mətbuatına istinadən xəbər verir ki, futbolçunun son mövsümdə şərəfini qoruduğu Polşanın “Radomyak” klubu forvardla müqaviləni uzatmayıb.
Əvəzində Polşanın digər klubu “Motora” və Xorvatiyanın “Xayduk” klubları millimizin üzvünə maraq göstərir.
Hazırda həmin klubların nümayəndələri ilə danışıq aparan Dadaşovun yaxın günlərdə karyerasını harada davam etdirəcəyi dəqiqləşəcək.
Bizim.Media