Bu il ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Zirə” klubunun Avrokubok matçlarını yayımlayacaq kanal müəyyənləşib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, klub rəhbərliyi “CBC Sport”la anlaşıb.
Anlaşmaya əsasən, “Zirə”nin Xorvatiyanın “Hayduk” klubu ilə keçirəcəyi həm ev, həm də səfər qarşılaşması adıçəkilən kanalın canlı efirində olacaq.
Qeyd edək ki, “Zirə” ilk olaraq Hayduku əvvəlcə Bakıda qəbul edəcək. Həmin oyun iyulun 24-də Bakıda keçiriləcək. Təkrar qarşılaşma isə iyulun 31-də səfərdə baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media